Qəbələdə karantini pozan restoranın icarədarı və toy sahibi cərimələndi - FOTO
    • 7-12-2021, 14:58
    • 309

Qəbələdə karantini pozan restoranın icarədarı və toy sahibi cərimələndi - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı restoranda və fərdi evdə keçirilən toy mərasimində karantin rejimindən irəli gələn qaydaların pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, yoxlamalar zamanı “Shooting club” restoranında təşkil edilən mərasimin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də on nəfər qonağın COVID-19 pasportu olmadığı aşkarlanıb.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar obyektin icarədarı Ram Salamov inzibati məsuliyyətə cəlb edilib.

Digər karantin rejiminin tələblərinin pozulduğu toy mərasimi isə Yemişənli kəndində qeydə alınıb. Ramin Rəfiyevə məxsus evin həyətyanı sahəsində keçirilən məclisdə iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığından toy sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.