“Sən elə bir zirvəsən” mahnısı əlilliyi olan gənclərin ifasında - Video
    • 11-12-2021, 16:31
    • 490

“Sən elə bir zirvəsən” mahnısı əlilliyi olan gənclərin ifasında - Video

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə əlilliyi olan şəxslərin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnı-klipinə yeni məzmun əlavə edilib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Ümummilli liderin bir zamanlar işğal altında olan ərazilərimizin azad ediləcəyi ilə bağlı söylədiyi fikirlər və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin azad edilmiş bölgələrimizə səfərlərini əks etdirən epizodlar klipə daxil edilib.

Müəllifləri Baba Vəziroğlu və Kamal olan məşhur mahnını əlilliyi olan istedadlı gənclər Sadiq Həsənov, Qəndaf Əkbərli, Elgiz Babazadə, Türanə Həmidova və Seymur Əliyev ifa ediblər.