“Xankəndiyə dəmiryol xəttinin çəkilməsi planlaşdırılır”
    • 12-12-2021, 13:13
    • 303

“Xankəndiyə dəmiryol xəttinin çəkilməsi planlaşdırılır”

“Ağdama və sonra da Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır”.

Bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir.

"Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq", - deyə o bildirib.///
/Trend/