Yol polisi sürücünü təqib edə bilərmi? - VİDEO
    • 26-11-2018, 17:15
    • 1 060

Yol polisi sürücünü təqib edə bilərmi? - VİDEO

Əksər vətəndaşlar düşünür ki, yol polisi tabe olmayan sürücünü və ya onun avtomobilini təqib edə, qova bilməz. Bəziləri isə başqa fikirdədir.
Düşünürlər ki, şəhərdə müşahidə kameraları varsa, bu qovma, təqib nəyə lazım? Hər iki halda qanun öz sözünü deyir. Və bu, qanunlarımızda öz təsbitini tapıb.

News24.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Proqramın qonağı olan Bakı Baş Dövlət Yol Polisi İdarəsinin (BBDYPİ) şöbə rəisi Vaqif Əsədov bildirib ki, əbəs yerə heç kim təqib edilmir:

“Saxlama işarəsi fitlə, radioqəbuledici, sayrışan işıqlarla verilə bilər. Saxlama əmri verilirsə, sürücü müzakirə etmədən tələbi yerinə yetirməlidir. Yəni keç kim əbəs yerə təqib edilmir. Belə olan halda qaydaları pozmaq, əmrə tabe olmamaq və digər inzibati cərimə tədbirləri həmin sürücü üçün ümumi cəza kimi kəsilir.

Sadalanan hallara görə 150 manatdan 400 manata kimi cərimə, sutkalıq həbs və sürücülük hüququndan məhrumedilmə kimi cəzalar nəzərdə tutulur”.