Vətəndaşlara ağac tingləri hədiyyə edildi - FOTO
    • 20-12-2021, 15:55
    • 322

Vətəndaşlara ağac tingləri hədiyyə edildi - FOTO

“Bir ağac-min nəfəs” devizi altında keçirilən növbəti ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin birgə təşkilatçılığı ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində keçirilib. 

News24.az xəbər verir ki, Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara Nazirliyin tinglik sahələrində yetişdirilən ağac tingləri hədiyyə edilib. Eyni zamanda vətəndaşlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib. 

ETSN hər bir vətəndaşı bu aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.