Proqnozlaşdırılan gəlirləri hər hansı risk gözləmir - DSMF
    • 29-12-2021, 12:12
    • 375

Proqnozlaşdırılan gəlirləri hər hansı risk gözləmir - DSMF

"2022-ci ildə DSMF-nin proqnozlaşdırılan gəlirləri üzrə risk gözlənilmir".

News24.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatı pandemiyadan sonra yenidən inkişaf tempini bərpa edib: "Bu isə o deməkdir ki, proqnozlaşdırılan gəlirləri hər hansı risk gözləmir. DSMF-nin xərcləri də müəyyən olunmuş qrafikə uyğun icra olunacaq".