Orta məktəblərin buraxılış imtahanı MARTDA OLACAQ? – DİM-dən AÇIQLAMA
    • 6-01-2022, 14:01
    • 482

Orta məktəblərin buraxılış imtahanı MARTDA OLACAQ? – DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 və 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının mart ayında olacağı ilə bağlı saytımıza məlumat daxil olub. 

Məlumatı dəqiqləşdirmək üçün DİM-in mətbuat katibi Xanlar Xanlarzadə ilə əlaqə saxladıq. 

O, News24.az-a açıqlamasında bildirib ki, buraxılış imtahanların qrafiki hələ müəyyən olunmayıb: “Buraxılış və qəbul imtahanları ilə bağlı qrafik dəqiqləşəndən sonra ictimaiyyətə açıqlama veriləcək. İmtahanın mart ayında keçirilmə ehtimalı vəziyyətdən asılıdır. Dəqiq fikir demək mümkün deyil”.