Azərbaycanın 14 xəstəxanasında orqan köçürülməsi həyata keçirilir - SİYAHI
    • 7-01-2022, 18:29
    • 590

Azərbaycanın 14 xəstəxanasında orqan köçürülməsi həyata keçirilir - SİYAHI

Azərbaycanın 14 xəstəxanasında orqan köçürülməsi həyata keçirilir (SİYAHI)Azərbaycanda donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı məlum olub.


News24.az
"Report"un məlumatına görə, hazırda ölkədə 14 tibb müəssisəsinə bununla bağlı icazə verilib.

Həmin xəstəxanaların siyahısını təqdim edirik: 

1. Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasıböyrəklər
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalıqaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası
3. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalıqaraciyər, böyrəklər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi
4. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzigözün buynuz qişası
5. Mərkəzi Neftçilər Xəstəxanasıqaraciyər, böyrəklər, mədəaltı vəzi və onun seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası
6. "Mərkəzi Klinika” MMCböyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi
7. Respublika Müalicəvi Diaqnostika Mərkəziürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi
8. Milli Hematologiya və Transfuziologiya Mərkəzisümük iliyi
9. Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasıqaraciyər, böyrəklər
10. "Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMCböyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi
11. "Dünya Göz Azərbaycan” MMCgözün buynuz qişası
12. Bakı Sağlamlıq Mərkəziqaraciyər, ağciyər, böyrəklər
13. Baku Medical Plazaağciyər


14. Bona Dea Beynəlxalq Xəstəxanasıürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası
Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən ölkədə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib.