Qazaxıstanda vəziyyət nəzarət altındadır
    • 10-01-2022, 10:44
    • 233

Qazaxıstanda vəziyyət nəzarət altındadır

Qazaxıstanda vəziyyət sabitləşib və nəzarət altındadır, terror təhdidlərinin mərkəzləri zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. 

Bildirilib ki, Almatı, Qızılorda, Taldıkorqan və Taraz şəhərlərində terrorçuların ələ keçirdikləri bütün inzibati obyektlər azad edilib.

Xüsusilə mühüm strateji obyektlərin, silah və sursatların saxlandığı yerlərin təhlükəsizliyi təmin edilib.

Komitə əhaliyə müraciət edilərək terror fəaliyyətində iştirak edən şəxslərin müəyyən edilməsində hüquq-mühafizə orqanlarına kömək etməyə çağırırıb.

Eyni zamanda da iğtişaşlar zamanı oğurlanmış odlu silah və sursatları könüllü olaraq təhvil verilməsi tələb edilib.