-
- 11-12-2018, 12:11
- 990
"Hələ ki, Aqillə yola gedirik"
Xəbər verdiyimiz kimi, rejissor Nail Nailoğlu bu ilki ad gününü möhtəşəm konsert proqramı ilə qeyd edəcək.
20 dekabr Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq tədbirə şou-biznesin ən tanınmış simaları qatılacaq.
Rejissor şəxsi instagram hesabında həmkarı Aqil M.Quliyevlə fotosunu paylaşaraq "İş başında... "Gülüm" adlı yubiley konsertimin proqramını hazırlayırıq" sözlərini yazıb.
Özəl gecəsi ilə bağlı saytımıza danışan N.Naiboğlu konsert haqda bir neçə məqama toxunub:
"Konsert proqramına 25 mahnı daxildir. Daha nələrin olacağı barədə isə tam məlumat vermək istəmirəm. Təkcə onu deyə bilərəm ki, bu, 2018-ci ilin ən səs-küylü konserti olacaq. Maşallah hələ ki, həmkarım Aqil M.Quliyevlə yola gedirik. İstəklərimiz üst üstə düşür".
"Gülüm" konsertinin biletlərini şəhərin kassalarından əldə etmək ümükündür.
Xatırladaq ki, N.Naiboğlu sözügedən konserti mərhum həyat yoldaşının xatirəsinə ithaf edir.
Teymur MƏMMƏDOV