Yararsız qida məhsulları məhv edildi
    • 21-01-2022, 12:30
    • 468

Yararsız qida məhsulları məhv edildi

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən News24.az-a verilən məlumata görə, Foodini MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 4227,71 kiloqram müxtəlif növ ərzaq məhsulları Təmiz Sumqayıt-Kənan MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.