-
- 24-01-2022, 11:00
- 2 350
Azərbaycanda pampers alıb evə tələsən 25 yaşlı ata faciəvi şəkildə öldü
Ötən ilin sentyabr ayında Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində 1982-ci il təvəllüdlü Elçin İbrahimovun idarə etdiyi avtomobillə yaşadığı küçəyə dönmək istəyərkən 1996-cı il təvəllüdlü Məhəmməd Abdullayevin sürdüyü “Zontes” markalı motosikleti vurması və motosikletçinin ölməsi faktı ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az xəbər verir ki, Abşeron rayon Məhkəməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesində bəzi məqamlar üzə çıxıb. E.İbrahimov hadisənin gecə saat 00:30 radələrində Xırdalandan Masazırdakı evinə qayıdarkən baş verdiyini və sürəti azaltmadan Nizami Gəncəvi küçəsinə dönmək istəyərkən motosikletin maşına çırpıldığını deyib.
O da məlum olub ki, yeməkdaşıma şirkətində motosikletçi kimi kuryer işləyən Məhəmməd ailənin tək oğul övladı olub. O, valideynlərindən xəbərsiz pandemiya vaxtı bir qızla ailə qurub və hadisə vaxtı yeni anadan olmuş körpəsinə uşaq bezi – pampers almağa tələsirmiş. Mərhum gəncin atası məhkəməyə verdiyi ifadədə bildirib: “24 sentyabr 2021-ci il tarixdə günorta saatlarında mobil telefonla xəbərləri oxuyanda məlumatlar arasında 25-30 yaşında bir kişi sürücünün idarə etdiyi motosikletlə Masazır qəsəbəsində hadisə nəticəsində öldüyünü oxudum, təxminən yarım saat sonra mənə zəng gəldi və oğlu Məhəmmədin Masazır qəsəbəsində yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi barədə məlumat verildi. Bundan sonra meyitxanaya getdim və oğlumu orada gördüm. Oğlum son zamanlar idarə etdiyi motosikletlə yeməkdaşıma şirkətində işləyirdi, lakin hansı şirkətdə işlədiyini bilməmişəm. 2018-ci il tarixdə o valideyinlərindən halallıq almadan bir qadınla ailə həyatı qurmuşdu, sonra həmin qız Rusiya vətəndaşı olduğu üçün hamiləlik dövründə 2019-ci il tarixdə Rusiya Federasiyasına getmişdi və orada oğlan uşağı dünyaya gətirmişdi. Lakin uşaq doğulanda Rusiyada doğulan uşağın atasının adı qrafasında Məhəmməd orada olmadığı üçün qızın babasının adını yazıblar. Sonra 2020-ci il tarixdə qız uşaqla birlikdə Azərbaycana qayıdıb və Məhəmmədlə rəsmi nikaha daxil olublar, lakin pandemiya ilə əlaqədar məclis olmayıb. Ölməmişdən əvvəl aldığım məlumata görə, Məhəmməd Bakı şəhərində İnşaatçılar prospektində özü üçün kirayə ev tutub yaşayıb, arvadı isə anasının yaşadığı Masazır qəsəbəsində evdə yaşayıb. Eşitdiyimə görə mərhum oğlum Məhəmməd gecə evdə olan vaxtı arvadı ona zəng vuraraq uşağın pampersinin qurtardığını bildirib, ona görə də Məhəmməd idarə etdiyi motosikletlə Masazır qəsəbəsinə gedib və pampersi aparıb verəndən sonra qayıdarkən qəzaya uğrayıb”.
Məhkəmədə məlum olub ki, mərhum Məhəmməd Abdullayev motosikletin sahibi olsa da, onu öz adına keçirməyib. İfadə verən motosikletin keçmiş sahibi 1250 manat qarşılığında motosikleti Məhəmmədə verdiyini deyib: “2018-ci il tarixdə öz adıma 99A921 dövlət nömrə nişanlı Zontes-ZT150 markalı motosikleti bacım oğlunun sürməsi üçün almışdım. Lakin bacım oğlu sürə bilmədiyi üçün motosikleti xeyli müddət yaşadığım evin həyətində saxladım. Motosikletə ehtiyacım olmadığı üçün satmaq qərarına gəldim, ona görə də internetdə elan yerləşdirdim. Bir müddət sonra 2019-cu il tarixdə adını xatırlamadığım şəxs mənə zəng vurdu və motosikleti almaq istədiyini bildirdi. Həmin oğlanla Bakı şəhərində görüşdük və evimə birlikdə getdik. Motosikletə baxıb bəyəndi və həmin günü oğlan mənə 1250 manat pul verdi. Mən notariusa gedib rəsmiləşdirməyi təklif etsəm də, onun vaxtı olmadığı üçün növbəti günlərin birində getməyi danışdıq. Alqı-satqını rəsmləşdirmək mənim yadımdan çıxdı, həmin şəxs də daha əlaqə yaratmadı. 2021-ci ilin sentyabr ayında mənə məlum oldu ki, həmin motosikletlə hadisə törədilib və sürücü ölüb”.
Məhkəmədə mərhum motosikletçinin atası və nəqliyyat vasitəsinin faktiki sahibi hadisəni törədən Elçin İbrahimova qarşı hər hansı iddia, tələb və şikayətlərinin olmadığını bildiriblər.
Məhkəmə təqsirləndirilən şəxsi 1 il sürücülük hüququndan məhrum etməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verib.
Qeyd edək ki, motosikletçinin ölümündən sonra onun bir qrup həmkarları və yaxınları hadisənin obyektiv araşdırılması ilə bağlı dövlət rəhbərliyinə müraciət etmişdi.