Slovakiyanın xarici işlər naziri istefa verib
    • 30-11-2018, 19:15
    • 1 099

Slovakiyanın xarici işlər naziri istefa verib

Slovakiyanın xarici işlər naziri Miroslav Layçak istefa verib.

Nazir bu addımı ölkə parlamentinin BMT-nin miqrasiyaya dair müqaviləsinə qoşulmaqdan imtina etməsinə etiraz olaraq atıb.
Slovakiyanın qanunverici orqanı BMT-nin miqrasiya haqqında müqaviləsinə qoşulmağa qarşı çıxıb. Ölkə parlamentinin 150 deputatından 90-ı sənədin əleyhinə səs verib.
Bir müddət əvvəl Mirslav Layçak bildirmişdi ki, Slovakiya bu müqaviləyə qoşulmazsa, istefa verəcək.
Qeyd edək ki, ABŞ, Macarıstan və Avstriya da BMT “Ümudünya miqrasiyanı tənzimləmə paktı”na qoşulmayacağını açıqlayıb. Mərakeş isə 2018-ci il dekabrında sənədi qəbul etməyi planlaşdırır.  

//Anadolu