-
- 26-01-2022, 10:10
- 359
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EkoSfera” Sosial-Ekoloji Mərkəzi tərəfindən bu gün məktəblilərin ekoloji dünyagörüşünün formalaşdırılmasına yönələn bir sıra maarifləndirici tədbirlər keçirilir, məktəblilərlə görüşlər təşkil olunur. Bunu ETSN-in Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
News24.az xəbər verir ki, bu günlə bağlı Nazirliyin mütəxəssisləri tərəfindən məktəblilərə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin təbii ehtiyatları, xüsusi mühafizə olunan təbiət əraziləri, fauna və flora aləmi ilə bağlı məlumatlar verilir, milli parklar haqqında video çarxlar nümayiş etdirilir və məktəblilər arasında əyləncəli müsabiqələr təşkil olunur.
Eyni zamanda, ekokönüllülər tərəfindən uşaqlara ətraf mühitin mühafizəsinə həsr olunmuş və müxtəlif yaş kateqoriyalarına uyğun kitablar hədiyyə edilir.
“Bu günün qeyd edilməsində əsas məqsəd məktəblilərin diqqətini ətraf mühit problemlərinə, onların həllinə yönəltmək, ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır”.
S.Məmmədova onu da bildirib ki, bu günlə bağlı dünyanın bir çox ölkəsinin təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyinə, uşaqların ekoloji dünyagörüşünün formalaşdırılmasına yönələn tədbirlər keçirilir.