Ötən il Azərbaycanda qanunsuz ov edən 37 xarici vətəndaş cərimələnib
    • 1-02-2022, 16:23
    • 310

Ötən il Azərbaycanda qanunsuz ov edən 37 xarici vətəndaş cərimələnib

"Konstitusiyasın maddələrini və beynəlxalq konvensiyaları əsas götürsək, heç kimin hüquqlarını məhdudlaşdırmaq olmaz. Ötən il 193 ovçu saxlanılıb, onlardan 37-si xarici, digərləri isə yerli vətəndaşlar olub. 37 əcnəbinin əksəriyyəti Körfəz ölkələrindən gələnlər olub. Qanunsuz ov edən şəxslər cərimələnib. Onların bir hissəsi Azərbaycandan deportasiya edilib".

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Xidmət rəisi qeyd edib ki, ictimai nəzarət qurumun işinin təşkilinə böyük töhfə verir.