Xəyyamdan Navai ilə bağlı prezidentə müraciət:
    • 2-02-2022, 14:13
    • 351

Xəyyamdan Navai ilə bağlı prezidentə müraciət: "Bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun"

Əməkdar artist Xəyyam Nisanov çıxış etdiyi klublardan birində Bakı haqda təhqiramiz ifadə işlədən ifaçı Navaini (Nəvai Bəkirov) sərt tənqid edib.

News24.az xəbər verir ki, "Instagram" hesabında video paylaşan X.Nisanov bu sözləri yazıb:

"Bu artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay Vətən xaini! Analarımız, bacılarımız, xanımlarımız yaşayan ölkəni “fahişəxana” adlandırıb, bunu bütün dünyaya video paylaşıb, sonra üzr istəmək- bu bəs edir ki?! Xeyr! Etmir! Bunu ilk öncə bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Sənin kimi xainlər cavab verməlidir! Ona görə də Bizim Dövlət başçımızdan rica edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun! Əminəm ki, bütün Xalqımız bu fikrə dəstək olacaq!"