"Azərbaycan gəncləri Vətən Müharibəsində" - TƏDBİR
    • 2-02-2022, 15:55
    • 648

"Azərbaycan gəncləri Vətən Müharibəsində" - TƏDBİR

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyi və Azərbaycan Dillər Universitetinin Tələbə-Gənclər Təşkilatı ilə birgə 2 fevral – “Gənclər günü” nə həsr olunan “Azərbaycan gəncləri Vətən müharibəsində” adlı tədbir keçirilib.

News24.az-ın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin hərbi hissələri, Azərbaycan Dillər Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə-Gənclər Təşkilatının nümayəndələri, şəhər muzeyləri və digər idarə-müəssisələrin nümayəndələri iştirak edib.
 
Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndəsi mayor Fəxrəddin Ağayevin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rüfət Rüstəmov çıxışları dinlənilib, gənclər gününə həsr olunan “Prezidentin gəncləri” adlı qısametrajlıl sənədli film nümayiş olunub.

Tədbirin Bədii hissəsində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin orkestrinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları ifa olunub.

Tədbir xatirə şəklinin çəkilməsi və çay süfrəsi ilə sonlandırılıb.