"Şagird davranışnı tənzimləyən qaydalar hazırlanacaq"
    • 4-02-2022, 15:46
    • 494

"Şagird davranışnı tənzimləyən qaydalar hazırlanacaq"

“Məktəblərdə hər zaman şagird davranışları ilə bağlı problem olub. Ölkədə 70 minə yaxın sinif komplekti var və bu da o deməkdir ki, gündə 350 min dərs keçirilir, bu səbəbdən müəyyən problemlərin olması qaçılmazdır”.

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Şöbə müdiri bildirib ki, ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılır: “10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir. Qaydalar yeni şərtlər və reallıqlara uyğunlaşdırılmalıdır. Yeni tədris ilinə qədər məktəblərdə şagird davranışı qaydalarını tənzimləyən yeni nümunəvi qaydalar hazırlanacaq. Bu barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”.