Xırdalanda daha bir narkotacir SAXLANILDI - FOTO
    • 7-02-2022, 11:13
    • 360

Xırdalanda daha bir narkotacir SAXLANILDI - FOTO

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - əvvəllər məhkum olunmuş Turan Əliyev saxlanlılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Onun əlində olan çantaya baxış zamanı yüksək təsiredici xassəyə malik 1 kiloqram 500 qram heroin aşkar olunaraq götürülüb.

Araşdırma nəticəsində müəyyən edilib ki, Turan Əliyev Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib. Turan Əliyevin ətrafında aparılan arşdırmalar zamanı onun həmçinin Xırdalan şəhərində gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu da müəyyən edilib.

Sonuncu əməliyyatlar zamanı saxlanılan Turan Əliyevin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.