Zaqatala sakinlərindən döyüş sursatı və narkotik götürüldü - FOTO
    • 7-02-2022, 13:36
    • 268

Zaqatala sakinlərindən döyüş sursatı və narkotik götürüldü - FOTO

Zaqatala sakinlərindən döyüş sursatı və narkotik götürülüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı odlu sursat saxlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri ilk tədbir zamanı narkotik vasitələrin satışında şübhəli bilinən Oqtay Ağayev tutulub. Şəxsi axtarış zamanı ondan avtomat silahına məxsus 21 ədəd patron və kibrit qutularında qurudulmuş marixuana aşkarlanıb.

Keçirilən digər əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər sakini Mahir Mehdiyev saxlanılıb. Onun istifadəsində olan “VAZ-21099” markalı avtomobilə baxış keçirilərkən sellofan torbada yük hissəsində gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixauna aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.