Ötən gün 50 nəfər TOYLARA BURAXILMADI
    • 9-02-2022, 09:19
    • 347

Ötən gün 50 nəfər TOYLARA BURAXILMADI

Ötən gün toylara görə 2 nəfər cərimələnib, 50 nəfər şənliyə buraxılmayıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 99 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 97 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 50 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.