200-ə yaxın toyda monitorinq keçirildi
    • 15-02-2022, 09:15
    • 235

200-ə yaxın toyda monitorinq keçirildi

Fevralın 14-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 174 toy şənliyinin monitorinqini həyata keçirib.   

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, monitorinq 172 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

- 54 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.