Prokurorluq işçiləri üçün təlimlər davam etdirilir
    • 15-02-2022, 15:26
    • 354

Prokurorluq işçiləri üçün təlimlər davam etdirilir

Prokurorluq işçilərinin peşə biliklərinin artırılması, hərtərəfli və tam araşdırmanın aparılması üçün tələb olunan peşəkar vərdişlərin gücləndirilməsi məqsədini daşıyan təlimlərin həyata keçirilməsi planlı şəkildə davam etdirilir.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, cəmiyyətdə aktuallığı ilə seçilən ekoloji hüquqpozmalar, xüsusilə də qanunsuz ağac kəsmə və dağ-mədən işlərinin aparılması sahəsində hüquqpozmaların araşdırılmasına xüsusi önəm verilir.

Ötən həftədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının köməkçiləri cəlb edilməklə respublikanın 2 rayonunda 4 qanun pozuntusu barədə məlumatın yoxlanılması qaydasında ilkin istintaq hərəkətləri aparılmış, izahatlar alınmışdır.

Aparılmış yoxlamaların nəticələri, həmçinin ekoloji hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması sahəsində toplanmış təcrübə ilə bağlı 2022-ci il fevralın 11-də Lənkəran rayon prokurorluğunda seminar keçirilmişdir. Seminarda Astara, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala, Lənkəran, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları iştirak etmişlər.

Qeyd olunan tədbir respublikanın şimal və şimal-qərb rayonlarında keçirilmiş seminarlardan sonra sayca üçüncü tədbirdir. Anoloji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulmuşdur.