Builki MİQ müsabiqəsinə 13 minə yaxın yer ayrılacaq
    • 16-02-2022, 11:50
    • 353

Builki MİQ müsabiqəsinə 13 minə yaxın yer ayrılacaq

"Ötən il 8000-ə yaxın vakansiya elan edilmişdi. Tədris ili müddətində də əlavə 5000 yer ayrıldı. Ümimilikdə 13 minə yaxın vakansiya elan olunmuşdu. Eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək".

News24.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.

Şöbə müdiri qeyd edib ki, bu ənənənin bu il üçün də davam etdirilməsi nəzərdə tutulur:

“Demək olar ki, eyni sayda vakant yerlər builki MİQ müsabiqəsində də elan ediləcək. Müsabiqənin keçirilməsi prosesi iyulda aşlayıb avqusta kimi davam edir. Tədris ilinin əvvəlinə kimi müsabiqə başa çatmalı və bütün vakant yerlər tutulmalıdır”.