Əlişahin Nensi Ajramla müqavilə imzaladı - FOTO - VİDEO
    • 17-02-2022, 13:07
    • 2 918

Əlişahin Nensi Ajramla müqavilə imzaladı - FOTO - VİDEO

Azərbaycanlı müğənni Əlişahin beyrutlu məşhur müğənni Nensi Ajramla işbirliyinə başlayır.

News24.az xəbər verir ki, ifaçılar 2 illik müqavilə imzalayıblar. İşbirliyi ilə bağlı açıqlama verən Əlişahin N.Ajramın onu sosial şəbəkələrdə görüb bəyəndiyini deyib: “Ərəb saytlarından birində mənimlə bağlı paylaşım olmuşdu. Oradan görmüşdü məni. Daha sonra meneceri vasitəsilə ilə əlaqə saxladılar. Təklif etdilər ki, 2 illik Avropa turu konserti ilə bağlı müqavilə bağlayaq. Hazırlıqlar gedir. Çox güman ki, Londonda yaşayacağam”.

Əlişahin bildirib ki, bu müddət ərzində İran, İraq və bir çox ölkələrdə konsert proqramları ilə çıxış edib. 

O, 7 ay bundan öncə məşhur “Eşkiya dünyaya hükümdar olmaz” serialına təklif alsa da, serial yarıda kəsildiyi üçün bu əməkdaşlıq reallaşmayıb.