İkinci dozadan 6 ay keçibsə, vaksin pasportu SIFIRLANIR? – TƏBİB-dən AÇIQLAMA
    • 17-02-2022, 12:35
    • 509

İkinci dozadan 6 ay keçibsə, vaksin pasportu SIFIRLANIR? – TƏBİB-dən AÇIQLAMA

Fevral ayının 15-dən etibarən COVID pasportlarının müddəti 6 aylıq müəyyən edilib. Belə ki, COVID-19 virusuna qarşı 2 doza peyvənd olunmuş vətəndaşlara vaksin sertifikatının verilməsinin 6 ayı tamam olduğu təqdirdə onlar üçüncü – buster doza peyvənd olunmalıdır. 

Müşahidələrimizə əsasən, vətəndaşların bir çoxunda belə bir fikir yaranıb ki, vaksin sertifikatının verilməsinin 6 ayı tamam olduqdan sonra onların pasportları sıfırlanır və yenidən birinci, ikinci doza vaksin olunmalıdırlar.

Məsələni aydınlaşdırmaq qərarına gəldik.


TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış News24.az-a açıqlamasında bu fikrin yanlış olduğunu deyib: 

“İkinci dozadan 6 ay keçdikdən sonra vaksin sertifikatları qüvvədən düşür. Tibbi araşdırmalara görə, buster dozanın vurulması vacibdir. İkinci dozadan 6 ay keçdiyi təqdirdə buster doza vurulmayıbsa, vətəndaşlar hər hansısa iaşə obyektlərinə və ya digər məkanlara buraxılmayacaq. Ancaq buster doza vurulduğu təqdirdə vaksin sertifikatı qüvvəyə minir. Sıfırlanmadan isə söhbət gedə bilməz. Birinci və ikinci dozanın tarixləri qeydiyyata alınır. İkinci dozadan uzun müddət keçdiyi təqdirdə belə buster doza vurmaq mümkündür. Beləliklə, həmin buster doza da qeydiyyata düşür, üçüncü vaksin hesab olunur və sertifikat müddətsiz olur”.