FHN: Ötən sutka 34 yanğına çıxış oldu
    • 21-02-2022, 10:35
    • 233

FHN: Ötən sutka 34 yanğına çıxış oldu

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən News24.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas olunub, yanğın zamanı 10 nəfər sakin yanğınsöndürən və xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Ağcabədi şəhərində 1962-ci il təvəllüdlü Babayev İnqilab Əkbər oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, Qax rayonunun Qum kəndi yaxınlığında dağ-meşə ərazisində təqribən 5 ha sahədə baş vermiş yanğının söndürülmə işləri FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və ETSN-nin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən davam etdirilir.