Bakıda bina sakinləri etiraz edir - Lift söndürülür, evlərə su verilmir -VİDEO
    • 22-02-2022, 22:10
    • 738

Bakıda bina sakinləri etiraz edir - Lift söndürülür, evlərə su verilmir -VİDEO

Bakıda “Hacı Mazanın binası” adı ilə tanınan binanın sakinləri etiraz aksiyası keçiriblər. 

News24.az-a şikayət edən sakinlər bildiriblər ki, həftə ərzində bir neçə dəfə binada liftlərin fəaliyyəti qəsdən dayandırılır. Həmçinin evlərə suyun verilməsində də fasilələr olur.

Bina sakini Elşad bəy liftləri komendantın söndürdüyünü bildirib: “Yaranan vəziyyətlə bağlı suallarımızı cavablandıran yoxdur. Komendanta sual verəndə isə deyir ki, Hacı Mazan göstəriş verib. İşıq pulu çox yazır. 50 manata görə, lifti söndürürlər. Yaşlı qadın 17-ci mərtəbədə qalır. Necə qalxsın evinə?” 

Bina qarşısından olan görüntüləri təqdim edirik: