240 toyda monitorinq - 5 nəfər cərimə olundu, 212 şəxs isə...
    • 23-02-2022, 09:54
    • 241

240 toyda monitorinq - 5 nəfər cərimə olundu, 212 şəxs isə...

Fevralın 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 240 toy şənliyinin monitorinqini həyata keçirib.   

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, monitorinq 238 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

- 212 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.