Baş Prokurorluq uçan binayla bağlı MƏLUMAT YAYDI
    • 24-02-2022, 13:58
    • 874

Baş Prokurorluq uçan binayla bağlı MƏLUMAT YAYDI

Paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub. 

Faktla bağlı Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, istintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir. 

İlkin məlumata görə hadisə zamanı bir neçə şəxs xəsarət almışdır. 

Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.