Bakıdakı bu məşhur kafedə siçovullar gəzir -VİDEO
    • 12-03-2022, 11:45
    • 743

Bakıdakı bu məşhur kafedə siçovullar gəzir -VİDEO

Bakıdakı tanınmış "Kardeşler" kafesində antisanitar şərait var. 

News24.az xəbər verir ki, bununla bağlı jurnalist Anar Niftəliyev görüntülər paylaşıb. 

Həmin görüntülərdə siçovulun şirniyyatların qoyulduğu piştaxtanın üzərindəki tavanda hərəkət etdiyi aydın görünür. 

Jurnalist qeyd edib ki, o, videonu  “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən filialda qeydə alıb: “Siçovul, yoxsa siçandır? Təsəvvür edirəm ki, axşamlar şirniyyatın yanına enir”.