-
- 17-03-2022, 16:33
- 1 793
"Qarşıda duran əsas proses seçici siyahılarının dəqiqləşdirilməsidir"
“Hazırda ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi həyata keçirilir”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
Sədr bildirib ki, məntəqələr üzrə seçici siyahıları dəqiqləşdirilib dairə seçki komissiyaları tərəfindən MSK-ya təqdim ediləcək: “Seçki Məcəlləsinin tələbinə görə, biz may ayına qədər seçici siyahılarının dəqiqləşdirilməsini tam başa çatdırmalıyıq. Komissiya üzvləri də bu və ya digər imkanlardan istifadə edərək bu işdə iştirak etsin. Qarşıda duran əsas proses seçici siyahılarının dəqiqləşdirilməsidir”. /APA/