Bayram günlərində zəhərlənmələr ən çox nədən olub? - Açıqlama
    • 28-03-2022, 12:38
    • 908

Bayram günlərində zəhərlənmələr ən çox nədən olub? - Açıqlama

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə 224 nəfər müraciət edib. 

Müraciət edən 28 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 196 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 
Xəstəxanaya yerləşdirilən 28 nəfərdən 14-ü qadın, 11-i kişi, 3-ü isə  uşaq olub. Onlardan 9-u dəm qazından, 10-u dərmandan, 4-ü sirkə turşusundan, 1-i allergiya səbəbindən və 4-ü qidadan zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən birinin (dəm qazından zəhərlənmə) həyatını xilas etmək mümkün olmayıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov News24.az-a açıqlamasında bildirib ki, insanlar bayram günlərində əsasən konservləşimiş qidalardan zəhərləniblər: "Bayram günlərində zəhərlənənlər adi günlərdən daha çox olur. Mərkəzimizə gətirilənlərin əksəriyyəti pomidor, xiyar turşularından, salatlardan zəhərlənənlərdir".