Kürdəmir sakininin həyətində çətənə kolu aşkarlandı
    • 31-03-2022, 10:58
    • 580

Kürdəmir sakininin həyətində çətənə kolu aşkarlandı

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüşün kənd sakini E.Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı isə nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.