Moped oğurlayan şəxs saxlanıldı
    • 2-04-2022, 12:48
    • 1 560

Moped oğurlayan şəxs saxlanıldı

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə S.Məmmədova küçəsindən Abşeron rayon sakini M.Qasımovun “Tufan M-50” markalı mopedinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini K.Bayramlı mopedlə birlikdə saxlanılıb.

Araşdırma aparılır.