Azərbaycanda ŞOK HADİSƏ - Yeniyetmə qız bacısının əri ilə...
    • 2-04-2022, 17:34
    • 3 111

Azərbaycanda ŞOK HADİSƏ - Yeniyetmə qız bacısının əri ilə...

İmişli rayonunda yetkinlik yaşına çatmayan qızla dəfələrlə cinsi əlaqədə olmuş Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Xanhüseyn Xanlarov məhkəmə qarşısına çıxarılıb. 

News24.az-ın məlumatına görə, İmişli rayon Məhkəməsində hakim Ülvi Qənbərovun sədrliyi ilə keçirilən prosesdə Xanhüseyn Xanlarov Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqəyə girmə) maddəsi ilə ittiham edilib.

Məlum olub ki, Xanhüseyn İmişli rayon sakini olan Zeynəblə (şərti adlı) ailə həyatı qurub və onlar Masallıda yaşayıblar. 2018-ci ilin əvvəlində onlar İmişlidə qayınatasının evində olduğu vaxt Zeynəb 2003-cü il təvəllüdlü bacısı Fidanın (şərti adlı) nın bir oğlanla telefonla danışdığını görürək ona irad bildirib. Bundan sonra 15 yaşlı qız bacısının ərinə Zeynəbin onunla evlənməmişdən əvvəl İsmət adlı şəxslə telefonda danışdığını, sevgili olduğunu deyib. Xanhüseyn əvvəlcə Zeynəbdən boşanmağı düşünsə də, azyaşlı övladlarının olduğunu və sair düşünərək boşanmaq fikrindən vaz keçib.

Bu müddət ərzində onun 15 yaşlı baldızı ilə isti münasibəti yaranıb və mütəmadi olaraq sevgili kimi danışmağa, bir-birlərinə sms göndərməyə başlayıblar. Xanhüseyn İmişlinin “X” kəndində qayınatasının evində qonaq olanda, həmçinin Fidan Masallıya gələndə onlar könüllü olaraq dəfələrlə təbii və qeyri-təbii yolla cinsi əlaqəyə giriblər. Həmçinin Xanhüseyn Fidanın bakirəliyini pozub.

2020-ci ildə Fidan başqa şəxslə nişanlandıqdan sonra nişanlısı ona telefon və mobil nömrə hədiyyə edib. Fidan həmin telefonla da Xanhüseynlə yazışmağa, zəngləşməyə davam edib.

Bundan sonra İlkin adlı nişanlısı Fidandan şübhələndiyi üçün mobil operatordan onun sms-lərini çıxardıb və nişanlısının əslində öz bacısının əri ilə sevgili olduğunu üzə çıxarıb.

Daha sonra İlkin nişanı qaytarıb, həmçinin Fidanla Xanhüseyni söyərək həmin ailədən üz döndərib.

Məsələnin üstünün açılmasından sonra hüquq-mühafizə orqanlarına müraciət edilib və azyaşlı baldızı ilə cinsi əlaqədə olan taksi sürücüsü Xanhüseyn məsuliyyətə cəlb edilib.

Məhkəmədə o, əməlini etiraf edib və Fidanı sevdiyini, onunla qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduğunu deyib və əməlindən peşman olduğunu qeyd edib. 

Fidan isə məhkəmədə Xanhüseynin onun azyaşlı olmasından istifadə etdiyini, həyatını məhv etdiyini, onun əməlləri ucbatından hər şeyin məhv olduğunu deyib və bacısının ərinə ağır cəza verilməsini xahiş edib. O əlavə edib ki, Xanhüseyn ilk dəfə o, İmişlidə evlərində hamam otağında olarkən gizli şəkildə içəri daxil olaraq onu qucaqlayıb və bundan sonra birgə olublar. Məhkəmədə o da məlum olub ki, Fidan nişanlısı ilə də yaşadığı evdə bir neçə dəfə cinsi əlaqədə olub və İlkin onun bakirə olmamasından şübhələnib.

İmişli rayon Məhkəməsi Xanhüseyni 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.