Sumqayıtda məişət tullantıları poliqonunda yanğın olub
    • 4-04-2022, 12:52
    • 888

Sumqayıtda məişət tullantıları poliqonunda yanğın olub

Sumqayıt şəhəri məişət tullantıları poliqonunda bu gün saat 10 radələrində yanğın hadisəsi baş verib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov News24.az-a bildirib ki, yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıb.

Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəsssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.