Bakıda FHN əməkdaşları arasında QANLI DAVA – BIÇAQLANMA
    • 4-04-2022, 17:13
    • 1 643

Bakıda FHN əməkdaşları arasında QANLI DAVA – BIÇAQLANMA

28 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunda yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin nəzdində olan Nəqliyyat Servisinin 10 nömrəli qarajında baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində istehsalat bazasının ustası, 1993-cü il təvəllüdlü Röyal Əliyevin iş yoldaşı Pərviz Musayevi bıçaqlaması ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış iş üzrə hökm elan edilib.

Məhkəmə zərərçəkmiş şəxsin şikayətçi olmamasını, Röyal Əliyevin səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini və sair nəzərə alaraq onun 1 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilməsinə hökm edib.

Qeyd edək ki, hadisə iş yerində ustaların bir-birinə zarafat etməsi səbəbindən baş verib. Belə ki, Röyalın zarafatlarına Pərviz söyüşlə cavab verib. Bundan sonra onlar mübahisəni qarajın əsas qapısı istiqamətində davam etdiriblər. Bu zaman Röyal stolun üstündən götürdüyü bıçaqla Pərvizin qarın nahiyəsinə 1 zərbə endirib. Pərvizin səsinə gələn iş yoldaşları onu Respublika Klinik Xəstəxanasına çatdırıblar və həyatına təhlükə olmadığı məlum olub.

Məhkəmədə Röyal Əliyev imkanı olsa da, Pərvizə cəmi 1 dəfə bıçaqla xəsarət yetirdiyini, onu öldürmək və ya ciddi zərər vermək niyyətinin olmadığını bildirib.