Oğuzdakı yanğınla bağlı daha bir AÇIQLAMA
    • 4-04-2022, 19:20
    • 1 454

Oğuzdakı yanğınla bağlı daha bir AÇIQLAMA

Oğuz rayonu, Mollalı kəndində başlayan yanğın güclü külək səbəbindən kəndlə sərhəd ərazidə yerləşən meşə fondu torpağına keçib.

Bunu News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib. 
 
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.