Gəncədə şadlıq sarayından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı
    • 6-04-2022, 11:02
    • 547

Gəncədə şadlıq sarayından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki şadlıq saraylarından vətəndaşlara məxsus 2 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Goranboy rayon sakini Vahid Dadaşov dəvət edilmədiyi halda şadlıq sarayına qonaq qismində gəlib və orada spirtli içki qəbul etdikdən sonra digər qonaqlara məxsus, ümumi dəyəri 500 manat olan 2 ədəd mobil telefonu oğurlayıb.

Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.