Bələdiyyələrin nağd pul xərcləməsinə icazə verilməyəcək
    • 6-04-2022, 20:59
    • 340

Bələdiyyələrin nağd pul xərcləməsinə icazə verilməyəcək

Bələdiyyə xərcləri yalnız elektron qaydada həyata keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Belə ki, fəaliyyət planında bələdiyyə gəlir və xərclərinin vahid portalının yaradılması və bütün bələdiyyə xərclərinin portal vasitəsilə həyata keçirilməsi, portalın açıqlığının təmin olunması nəzərdə tutulur.

Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Vahid Sosial İnnovasiyalar üzrə Dövlət Agentliynə portalın qanunvericilik bazasının hazırlanması tapşırılıb.