Qazaxıstan Prezidenti Xələf Xələfovu təltif etdi
    • 12-04-2022, 12:29
    • 357

Qazaxıstan Prezidenti Xələf Xələfovu təltif etdi

Qazaxıstanın Bakıdakı səfiri Serjan Abdıkarimov Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb.

Səfir Prezident Kasım-Jomart Tokayevin adından Qazaxıstan-Azərbaycan münasibətlərin inkişafında verdiyi mühüm töhfələrə görə ona "Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi" yubiley medalını təqdim edib. 

Diplomatlar ikitərəfli əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi məsələlərini, o cümlədən, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin hazırlanması və keçirilməsini müzakirə ediblər.