"Azxeber"in 12 yaşı bitdi
    • 13-04-2022, 20:00
    • 188

"Azxeber"in 12 yaşı bitdi

Bu gün Azxeber.com informasiya portalının fəaliyyətə başlamasının 12 ili tamamlanır. 

İllər öncə dəyərli həmkarlarımız Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun birgə ərsəyə gətirdikləri sayt bu gün ölkənin ən nüfuzlu media qurumlarından birinə çevrilib. 

Oxunaqlı müsahibələri, operativ xəbərləri, maraqlı reportajları və ətraflı araşdırmaları ilə fərqlənməyi bacaran “Azxəbər” indi çoxsaylı izləyicilərin daimi ünvanıdır. 

Doğruluq, tərəfsizlik və dövlətçilik prinsipləri onları intellektli, düşünən oxucular üçün birinciyə çevirib. 
Bu özəl gün münasibəti ilə biz də həmkarlarımızı təbrik edirik. Onlara yaradıcı işlərində uğurlarının davamlı olmasını diləyirik.