Bakıda ağır qəza törədən vəzifəli şəxslə bağlı YENİ XƏBƏR
    • 19-04-2022, 12:39
    • 359

Bakıda ağır qəza törədən vəzifəli şəxslə bağlı YENİ XƏBƏR

2020-ci ildə sentyabrın 12-nə keçən gecə Bakı şəhər Nizami rayonu R.Rüstəmov küçəsində piyadanın ölümü ilə nəticələnən və Nizami rayon Məhkməsinin hökmü ilə məhkum edilən 1992-ci il təvəllüdlü Orxan Həsənov apelyasiya şikayəti verib. 

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş şəxs ona bəraət verilməsini tələb edib.

Belə ki, O. Həsənov üzərindəki 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə və 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə (məntəqə tipli müəssisədə çəkməklə) cəzasının tam götürülməsini istəyib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışan O.Həsənovun apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Şikayət təmin edilməyib və Nizami rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə vaxtı O.Həsənovun idarə etdiyi “Volkswagen” markalı avtomobillə vurduğu 30-35 yaşlı şəxs hadisə yerində ölüb. O.Həsənov məhkəmədə həmin şəxsən qəfil əkildə qaçaraq maşının önünə çıxdığını və qəzadan yayınmağın mümkün olmadığını deyib.