Ruhi Əliyeva: "Bu qorxunc bəladan xilas üçün səfərbər olmalıyıq" - VİDEO
    • 19-04-2022, 17:45
    • 852

Ruhi Əliyeva: "Bu qorxunc bəladan xilas üçün səfərbər olmalıyıq" - VİDEO

Daxili İşlər Nazirliyinin antinarkotik təbliğatının gücləndirilməsi üçün başlatdığı sosial layihəsinə iş xanımı Ruhi Əliyeva da qatılıb.

News24.az xəbər verir ki, “Ağ dünyanı rənglə” adlı qısametrajlı filmlə müsabiqəyə qatılan iş xanımı narkotik bəlası ilə üz-üzə qalan hər kəsi doğru yola dəvət edib.

“Hər gün neçə-neçə gəncin onun əsirinə, neçə -neçə ailələrin onun qurbanına çevrildiyini görürük. Onun cəmiyyət, insanlıq və gələcək üçün necə ciddi təhdid, necə böyük fəlakət olduğuna hər gün bir daha əmin oluruq. Sabahımızın bu qorxunc bəladan xilası üçün hər birimiz sosial səfərbər olmalı, mübarizə aparmalıyıq”, - deyə Ruhi Əliyeva vurğulayıb.