-
- 19-04-2022, 22:36
- 382
UEFA "Marsel" klubunu yenidən cəzalandırdı
UEFA Fransanın "Marsel" klubunu cəzalandırıb.
Buna Marsel təmsilçisinin azarkeşlərinin evdə PAOK-a qarşı keçirilmiş Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunundakı (2:1) davranışları səbəb olub.
Fanatların matçdan öncə rəqib komandanın tərəfdarlarına hücum etməsi, oyun vaxtı isə tribunada fişəng yandırması və meydana yad əşyalar atması klubun 98 000 avro cərimələnməsi ilə nəticələnib.
Bundan başqa, UEFA priotexniki vasitələrin istifadə olunduğu tribunaların bağlanmasına qərar verib.
Qeyd edək ki, "Marsel" "Qarabağ"a qarşı pley-off və İsveçrə "Bazel"i ilə 1/8 final mərhələsinin ev oyunlarından sonra da analoji hadisələrə görə cəza alıb. /Report.az./