Beyləqanda yeməkxanada yanğın oldu
    • 24-04-2022, 10:42
    • 246

Beyləqanda yeməkxanada yanğın oldu

Beyləqan rayonunun Mil qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli yeməkxana binasının qamış və lambirindən ibarət tavanı 106 m² sahədə yanıb.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.