Bakıda “Lexus” sahibi motosiklet sürücüsünü döydü -  VİDEO
    • 25-04-2022, 22:17
    • 337

Bakıda “Lexus” sahibi motosiklet sürücüsünü döydü - VİDEO

Paytaxtda “Lexus” markalı avtomobilin sürücüsü motosikletçini döyüb.

Hadisə Mətbuat dairəsində qeydə alınıb. Murad Salman adlı motosiklet sürücüsü ona yol verməyən “Lexus” sahibinə ani reaksiya verib.

Avtomobildən düşən şəxs M.Salmanı təhqir edərək onu döyüb.

Motosiklet sürücüsü bununla bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib.