Nigar Arpadarai: Ermənilər məkrli niyyətlərinə son qoymalıdırlar
    • 26-04-2022, 17:29
    • 438

Nigar Arpadarai: Ermənilər məkrli niyyətlərinə son qoymalıdırlar

"Azərbaycan Ermənistana sülh müqaviləsinin əsası kimi 5 prinsip təklif edib. Onların arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması, eləcə də bir-birinə qarşı ərazi iddialarının olmaması kimi prinsiplər də var. Baş nazir Paşinyan bu ideyalara ciddi yanaşmalı və biz bu sənədin möhkəmləndiyini görməliyik".

News24.az xəbər verir ki, bu fikirləri AŞPA-nın yaz sessiyasında Büro hesabatından sonra müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai deyib.

O bildirib ki, Ermənistanın mövqeyinin səbəbi aydındır, çünki bu ölkənin Konstitusiyası qonşu ölkələrə ərazi iddiaları üzərində qurulub. Müasir Ermənistanın siyasi sistemi etnik üstünlük və ekspansionizm mifinin tələsindədir. Eyni zamanda, dənizdən-dənizə hansısa “qədim erməni imperiyası”nı yenidən yaratmaq iddiası və hər cür köhnə hadisələrin qisasını almaq niyyətinə əsaslanır. Bu, düzgün yol deyil, ermənilər məkrli niyyətlərinə son qoymalıdırlar.

"Azərbaycan ilə Ermənistan arasında hərbi əməliyyatlara son qoyulması haqqında üçtərəfli Bəyanatın imzalanmasından ilyarım keçir. Təəssüf ki, Qarabağda hərbi erməni qruplarının qalıqları hələ də qalmaqdadır. Əgər Ermənistan sülhlə bağlı mövqeyində səmimidirsə, bu niyyətini göstərməsinin çox sadə yolu var – Azərbaycan ərazisində separatçı qruplara birbaşa və dolayı dəstəyi dayandırmaq. Bununla bağlı aydın bəyanat verməlidir", - deyə N. Arpadarai söyləyib. Qeyd edib ki, Azərbaycan sülhə hazırdır. Bəs Ermənistan da buna hazırdırmı? Qərar vermək vaxtı çatıb. Avropa da gələcəyi naminə fəal olmalıdır.
Azərbaycanlı deputata sonda erməni deputatın Türkiyənin xarici işlər naziri haqqında söylədiklərinin cəfəngiyat olduğunu bildirib.