Zelenski G20 sammitinə dəvət olundu
    • 27-04-2022, 16:24
    • 372

Zelenski G20 sammitinə dəvət olundu

Ukrayna prezidenti Vladimir Zelenski G20 sammitinə dəvət olunub.

News24.az "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski "Twitter" hesabında məlumat verib. 

O bildirib ki, dəvət İndoneziya prezidenti, sammit rəhbəri Coko Vidodo tərəfindən gəlib:"Mən İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar apardım. Suverenlik və ərazi bütövlüyünə verdiyi dəstəyə, xüsusən də BMT-də aydın mövqeyə görə təşəkkür etdim. Biz ərzaq təhlükəsizliyi məsələlərini müzakirə etdik. G20 sammitində iştirak etmək dəvətinə görə minnətdaram".